17 Oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak edirlər.
Doğma yurda qayıtmış Füzuli sakinləri bu gün böyük həvəs və sevinclə bayram şöləninə hazırlaşır. Tədbir iştirakçıları rəngarəng tematik sərgilərlə tanış olacaq, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyəcəklər.
Gün ərzində proqram çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Füzuli”, “Zamanın qanadalarında: Füzuli” adlı fotosərgilər, “Mənim Füzulim” rəsm sərgisi, “Füzuli 530” tamaşası, dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri və uşaqlar üçün əyləncə zonası təşkil olunacaq. Həmçinin Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar təqdim ediləcək, burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələr nümayiş olunacaq.
Tədbirə qala-konsert proqramı və atəşfəşanlıqla yekun vurulacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 31 iyul tarixli Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sərəncama əsasən, 17 Oktyabr Füzuli Şəhəri Günüdür.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










