
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 7 nəfər itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, noyabrın 1-də Ələkbər Əzizağa oğlu Babayev paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, İsmət Medal oğlu Piriyev Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında, Möhübbət Qənimət oğlu Mustafayev Tərtər rayonunun Seydimli kənd qəbiristanlığında, Ramiz Mahmud oğlu Mahmudov Zaqatala rayonunun Aşağı Tala kənd qəbiristanlığında, Şahid Sabir oğlu Məmmədov Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında, Hidayət Nəsir oğlu Qarayev Şuşa şəhər qəbiristanlığında, Cahangir Səfəralı oğlu Səfərov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










