
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olundu, yüksəksəviyyəli qarşılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğuladı.
Dövlətimizin başçısı Serbiyada dəmiryol vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırdı.
Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











