
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Respublikasının Prezidenti For Essozimna Qna ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı COP29 tədbirində iştirak etdiyi üçün Toqo Prezidentinə təşəkkürünü bildirdi.
For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri, o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunuldu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










