
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.
Görüşdə Prezident İlham Əliyev ölkəmizlə İslam İnkişaf Bankı arasında perspektiv inkişaf istiqamətləri və fəaliyyətləri ilə bağlı əməkdaşlığın genişləndirilməsinin önəminə toxundu, gələcəkdə əlaqələrin daha da dərinləşəcəyinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı vurğuladı ki, imzalanmış bu sənədlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihənin beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilməsi baxımından ilk sənəddir.
COP29-un qısa müddətdə yüksək səviyyədə təşkil edildiyini deyən Məhəmməd Əl-Casir işğaldan azad olunmuş ərazilərimizə 2023-cü ildə səfərini xatırladaraq bu günədək orada icra olunan irimiqyaslı işlərin qısa zamanda keyfiyyətlə həyata keçirildiyini qeyd etdi. O, İslam İnkişaf Bankının dövlət və özəl sektor layihələrində fəaliyyətinin genişləndirilməsinə və bu layihələrin dəstəklənməsinə hazır olduqlarını dedi.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











