
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 18-də iqlim dəyişmələri ilə bağlı müsabiqənin mükafatlandırma mərasimi olub.
AZƏRTAC-ın məlumatına görə, mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, müsabiqə müxtəlif ölkələrdən olan iştirakçılar arasında təcrübələri bölüşmək, müxtəlif kateqoriyalarda yarışmaq fürsəti yaradıb. Bu, həm tələbələr, həm də onların müəllimləri üçün böyük səyahətin başlanğıcıdır.
Çıxışlardan sonra müsabiqə qaliblərinin adları açıqlanıb.
Tələbələrin qalib komandaları arasında “Team Plethora”, “Team BeCure” və “Team HydroCure Solutions” yer alıb. Müəllimlər kateqoriyası üzrə isə Naqeeb Mehdi, Michael Jones və Mariya Shah mükafatlara layiq görülüblər.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










