BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.

İstanbul Universitetinin siyasət elmi və beynəlxalq münasibətlər üzrə doktorantı olan müəllifin əsərində siyasi ünsiyyət, xüsusilə də siyasi sosiallaşma anlayış və nəzəriyyələri haqqında məlumat verilir.
Azərbaycanda siyasi kommunikasiya sahəsinə aid yazılan ilk kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov, rəyçisi və məsləhətçisi AMEA-nın Şərqşünaslıq İnstitutunun Türkiyə Tarixi və İqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədovdur.
Kitab təkcə tələbələr üçün deyil, həm də siyasətçilər və siyasətlə maraqlanan oxucular, eləcə də tədqiqatçılar üçün nəzərdə tutulub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










