
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadaqidzenin dəvəti ilə Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti dekabrın 9-da Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıb.
Ali Məhkəmənin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Qeyd edək ki, iki gün davam edəcək səfər zamanı Azərbaycan ilə Gürcüstan arasında məhkəmə-hüquq sistemi sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










