
Fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Qış nağılı” 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri bir araya gətirəcək.
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış edəcəklər.
Çıxış edənlər:
Azərbaycandan Fərhad Bədəlbəyli, Emil Əfrasiyab, Murad Adıgözəlzadə, Nəzrin Aslanlı, Nigar Cəfərova, Yeganə Axundova, Yusif Eyvazov. Musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Bakı Kamera Orkestri, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri, “Qaytağı” instrumental ansamblı. Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya” ansamblı, Böyük Britaniyadan Dmitri Sitkovetski, İtaliyadan Anastasiya Bartoli, Sergio Vitale, Polşadan “Glassduo” ansamblı.
Proqram:
Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdim ediləcək, vokal, kamera instrumental musiqi axşamları, balet tamaşaları təşkil olunacaq: Qara Qarayevin “Yeddi gözəl” baletindən, Niyazinin “Arzu” əsərindən, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən, Cakomo Puççininin “Turandot”, Cüzeppe Verdinin “Traviata” operalarından, Pyotr Çaykovskinin “Şelkunçik” baletindən parçalar, eləcə də Edvard Qriq, Frederik Şopen, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və digər bəstəkarların müxtəlif musiqi kompozisiyaları.
Tamaşaçıların iştirakı:
Tamaşaçılar iTicket.az saytından ödənişsiz qeydiyyatdan keçməklə tədbirə qoşula bilərlər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










