
Azərbaycan Respublikası bələdiyyə seçkiləri günündə Bakının Qaradağ rayonunun bütün səsvermə məntəqələrində seçicilərin böyük fəallığı müşahidə olunur.
37 saylı Qaradağ seçki dairəsi üzrə dairə seçki komissiyasının (DSK) sədri Azər Ələsgərov AZƏRTAC-a bildirib ki, seçki dairəsi üzrə hazırda 37-si daimi, 3-ü isə müvəqqəti olmaqla 40 məntəqə fəaliyyət göstərir. Onun dediyinə görə, seçki dairəsi üzrə 48 mindən çox seçici qeydə alınıb. Seçicilərin 492 nəfəri 80-100 yaşlı sakinlərdir. 74 nəfər isə ilk dəfə olaraq səsvermədə iştirak edəcək.
DSK sədri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən məntəqələrin bütün zəruri vəsaitlərlə təchiz olunduğunu deyib. Bildirib ki, ümumilikdə bələdiyyə üzvlüyünə 128 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin təbliğat və təşviqatı üçün seçki dairəsinin ərazisində lazımi şərait mövcuddur. Belə ki, bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri quraşdırılıb. Bu günə qədər dairə seçki komissiyası tərəfindən 403 müşahidəçi qeydə alınıb. Seçicilərin rahat və maneəsiz şəkildə səsverməsi üçün seçki məntəqələrində hər cür şərait var. Müxtəlif siyası partıyaların və bitərəflərin nümayəndələrinə, eləcə də müşahidəçilərə seçki prosesini izləmək üçün hər cür şərait yaradılıb. Seçkilər tam şəffaf şəkildə keçirilir və səsvermə hüququna malik olan şəxslər öz seçki hüquqlarından sərbəst şəkildə istifadə edirlər. Məntəqədə səsvermənin gedişi müşahidəçilər və media nümayəndələri tərəfindən izlənilir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










