
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfərə gəliblər. Qonaqların səfəri Laçın rayonundan başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomatlar Laçın Beynəlxalq Hava Limanında qarşılanıb. Hava limanı ilə tanışlıq zamanı qonaqlara aeroport haqqında məlumat verilib.
Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar. Onların, Laçın İstirahət Kompleksi, “Hoçazfilm” studiyası, “Yurd” qalereyası, “Lacinema” mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və “Gilabi Ceramics” mərkəzlə tanışlığı nəzərdə tutulub.
Nümayəndə heyətini Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










