
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirildi.
Bu xüsusda “Energy China”nın yaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda Günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulandı.
Ni Cen ölkəmizdə yeni layihələr, o cümlədən tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirdi.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











