
Oktyabrın 18-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşada “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını itirən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak edir, təlimlər zamanı iştirakçıların layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda bilik və bacarıqları artırılacaq.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov iştirakçılara uğurlar arzulayıb.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT nümayəndələrinə sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, İndiyədək Agentlik tərəfindən 5 “İnkişaf və Mübadilə Proqramı” həyata keçirilib. Onlar 2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə isə Naxçıvan və Şamaxı şəhərlərində baş tutub. Ümumilikdə bu proqramlarda 500-dən çox QHT nümayəndəsi iştirak edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











