
Zəngəzur dəhlizi Türkiyəni bütün Avropa bazarını təmin edən böyük anbarlara malik qlobal logistika mərkəzinə çevirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” qəzeti Niderlandın “Raben” qrupunun baş direktoru Evald Rabenə istinadla məlumat yayıb.
O, Türkiyədə anbar sahəsinə investisiyaların genişləndirilməsi planlarını bölüşərək qeyd edib ki, hazırda “Raben” 17 ölkədə 170 anbar şəbəkəsini idarə edir və qrupun 2024-cü ilin sonuna qədər gəliri 2,2 milyard avroya çatıb.
Baş direktorun sözlərinə görə, Zəngəzur dəhlizi açılarsa, Türkiyənin logistika sahəsində rolu tamamilə dəyişəcək. O əlavə edib: “Dəniz yollarından asılı olan qlobal yükdaşımalarının əhəmiyyətli bir hissəsi Türkiyədən keçəcək. Çatdırılma müddətləri və xərclər baxımından üstünlüklər qalıcı olarsa, Türkiyə bütün Avropanı təmin edən anbar mərkəzinə çevriləcək. Bu ssenaridə biz Türkiyədə anbar sahəsinə investisiyaları artıracağıq”.
“Raben” şirkətinin baş direktoru rəhbərlik etdiyi qrupun məqsədinin türk ixracatçıları üçün Avropaya “pəncərə” rolunu oynamaq olduğunu vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










