
25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Azərbaycanın Konvensiyanı ilk imzalamış ölkələrdən biri olması Ali Baş Komandanın rəhbərliyi ilə Respublikamızın kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və qlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin göstəricisidir.
Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub.
Konvensiya 2025-ci ilin 25-26 oktyabr tarixlərində ümumilikdə 72 ölkə tərəfindən imzalanıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










