
Noyabrın 11-də Azərbaycan Motosiklet İdmanı Federasiyası Badamdar Avtobazar ərazisində Motokros çempionatı keçirəcək. Çempionat 8 Noyabr – Zəfər Gününə həsr ediləcək.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.
Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, motoşou və motosiklet sərgisi gözləyir.
Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib: “Bu çempionat təkcə idman tədbiri deyil. Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəslə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motosport həvəskarlarını və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik”.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










