
Noyabrın 1-də Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya rayonun “Gənclik” parkında təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı parkın ərazisində yeni ağaclar əkilib, suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.
Tədbir çərçivəsində ərazidə aparılmış abadlıq və yaşıllaşdırma işləri zamanı qurumuş, təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb, yaşıllıq sahələrinə müxtəlif növ gül-çiçəklər əkilib. Bununla yanaşı, ümumi təmizlik və abadlıq işləri də həyata keçirilib.
Qeyd edək ki, payız mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməciliklərin keçirilməsi davam etdiriləcək.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










