
Azərbaycanın cüdoçusu Zelim Kotsoyev Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Z.Kotsoyev finalda misirli Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Bununla da Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başa vurublar. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) qızıl, Könül Əliyeva (48 kiloqram) gümüş, Aytac Qardaşxanlı (70 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi noyabrın 10-da qarışıq komanda yarışında çıxış edəcək. Yığmamız 1/4 finalda Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










