
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd etdi.
Dövlətimizin başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırladı, həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğuladı.
Qəbula görə minnətdarlığını bildirən Lü Cün Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını dedi. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə “China Datang Corporation Ltd.” şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











