“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 2025-ci ildə Ağdam rayonu Kəngərli, Xıdırlı, Sarıcalı kəndləri, Ağdərə rayonu Həsənriz kəndi və Kəlbəcər rayonu bir nömrəli tam orta ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 5 ümumi təhsil müəssisində tədrislər başlanıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
“Ümumi təhsil pilləsi üzrə işğaldan azad edilmiş ərazilərdə son üç ildə görülmüş işlərə dair qeyd etmək istərdim ki, bu dövrdə 20 ümumtəhsil məktəbi hazır vəziyyətə gətirilib. Onlardan 18 məktəb artıq fəaliyyət göstərməkdədir. Hazırda bu məktəblərdə 3500-dək şagird təhsil alır, 380 müəllim və 140 texniki işçi çalışır”, – deyə nazir vurğulayıb.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










