
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hücumu qınayıb.
AZƏRTAC BMT-yə istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik ənənəvi olaraq keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, BMT-nin Baş katibi Ukraynanın genişmiqyaslı raket və dron zəbələrinə tutulmasını və bunun nəticəsində Kiyevdə 6, Çernomorsk şəhərində isə 2 mülki şəxsin həlak olmasını qətiyyətlə pisləyir.
S.Dujarrik nəzərə çatdırıb ki, raket hücumları zamanı çoxsaylı mülki obyektlərə, enerji infrastrukturuna və Azərbaycan Respublikasının səfirliyinə ciddi ziyan dəyib. Qeyd edib ki, mülki infrastrukturun və diplomatik nümayəndəliklərin atəşə tutulması beynəlxalq humanitar hüquqa ziddir və yolverilməzdir.
BMT rəsmisi vurğulayıb ki, Baş katib çağırış edərək atəşin tamamilə dayandırılmasını, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tanınmasını, beynəlxalq hüququn və BMT-nin nizamnaməsinin bərqərar olmasını istəyir.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










