
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası çərçivəsində Türk Qırmızı Şəbəkəsinin 2026-cı il üçün strateji “yol xəritəsi” təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Yüksəksəviyyəli Strateji İşçi Qrupu tərəfindən aparılan müzakirələrin nəticəsi olaraq təşkilatın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən əsas strateji addımlar formalaşdırılıb.
Yeni “yol xəritəsi” humanitar sahədə əməkdaşlığın gücləndirilməsini, Milli Cəmiyyətlərin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsini, TDT Katibliyi və digər qurumlarla əlaqələrin daha sıx şəkildə qurulmasını nəzərdə tutur. Eyni zamanda, müşahidəçi tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, fövqəladə hallara birgə müdaxilə mexanizminin yaradılması və humanitar fond sisteminin tətbiqi planlaşdırılır. “Yol xəritəsi” könüllülərin idarəolunmasının təkmilləşdirilməsi, personal mübadiləsinin genişləndirilməsi və qan xidmətlərinin daha effektiv təşkili kimi məsələləri də özündə ehtiva edir.
Tədbirdə vurğulanıb ki, bu “yol xəritəsi” Türk dünyasında humanitar həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək, milli cəmiyyətlər arasında əməkdaşlığın institusional əsaslarını gücləndirəcək və fövqəladə hallara daha çevik və koordinasiyalı reaksiya imkanı yaradacaq.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










