
Noyabrın 21-22-də “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Səfər çərçivəsində “Sülh Körpüsü” Təşəbbüsünün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub. Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.
Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










