Cəbhənin Tərtər istiqamətində hazırda vəziyyət sabitdir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
V.Dərgahlı deyib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gecə Tərtər şəhərini və rayonun ərazisini, eləcə də Qapanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralanan yoxdur.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə nəzarət edir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










