
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Pekin şəhərində yüksəksəviyyəli görüşlər keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, səfər Çin hökumətinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi, səfir Vu Honqbo ilə görüşlə başlayıb. Daha sonra Tsinghua Universitetinin Manfsild Friman professoru, Çin və Dünya İqtisadiyyatı Mərkəzinin (CCWE) direktoru, tanınmış iqtisadçı Li Daokui, eləcə də Mərkəzin İdarə Heyətinin üzvü və Şvartsman Kollecinin icraçı dekanı David Pan ilə görüşlər keçirilib. Görüşlər zamanı əməkdaşlıq imkanları, həmçinin XIII Qlobal Bakı Forumunda Çin nümayəndələrinin iştirakı müzakirə olunub.
Səfərin növbəti günündə nümayəndə heyəti Çin Xalq Xarici İşlər İnstitutunun prezidenti Vu Ken və vitse-prezidenti Yan Tao ilə görüşüb. Tərəflər humanitar dialoq, qlobal məsələlərdə birgə fəaliyyət perspektivləri və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində Dünya Bankının sabiq baş iqtisadçısı və baş vitse-prezidenti professor Justin Yifu Lin ilə görüş də keçirilib. Regional iqtisadi tendensiyalar və dayanıqlı inkişaf strategiyalarının müzakirəsinin ardından görüşdə, həmçinin 2026-cı ildə keçiriləcək XIII Qlobal Bakı Forumu, Ümumdünya Şəhərsalma Forumu və Mərkəzin BMT çərçivəsində təşkil etdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Pekin görüşləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çin tərəfdaşları ilə strateji əlaqələrinin daha da möhkəmlənməsinə və Mərkəzin qlobal dialoqun təşviqində rolunun genişlənməsinə töhfə verib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










