
İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan tərəfindən irihəcmli işlər həyata keçirilir. Belə ki, bp ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.
“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, layihələrin əsas məqsədi dövlət-özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpaolunan enerji mənbələrinin payının artırılmasıdır.
Bu layihələr Azərbaycanın yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA) çərçivəsində 330 kilovoltuq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur.
Yeni tikilən “Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və “Şəfəq” Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan yaşıl enerjinin ötürülməsinə başlanılacaq.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











