
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində “Həmrəylik günü hamı üçün” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin, Suraxanı Rayon İcra Hakimiyyəti və “Ballı” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş və dövlət himayəsində yaşayan uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirinə Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin, həmçinin uşaq sığınacaqlarının 250 sakini qatılıb.
Animatorlar, Şaxta baba və digər personajların iştirakı ilə hazırlanmış əyləncəli proqram, oyun və yarışlar, eləcə də hədiyyələr uşaqlara əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










