
“Modern İnkişaf və Ailə” İctimai Birliyi və “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. O bildirib ki, dövlətimizin başçısının tapşırıq və təşəbbüsləri əsasında şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması, onların övladlarının daim diqqət mərkəzində saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İ.Muradova uşaqları Yeni il münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva bu qəbildən olan tədbirlərin şəhid və qazi ailələri üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. QHT sədri uşaqların sevincinin hər kəs üçün dəyərli olduğunu qeyd edərək, təşkilat adından onlara xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, bu kimi sosialyönümlü layihələrin davamlı olmasının vacibliyini qeyd edib.
Sonda maraqlı əyləncə proqramı çərçivəsində uşaqlara Yeni il hədiyyələri təqdim olunub. Tədbir balacalarda xoş təəssüratlar yaradıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










