
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar arasında bilik yarışı təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarış uşaqların bilik səviyyəsinin artırılması, intellektual bacarıqlarının inkişaf etdirilməsi, komandada işləmə vərdişlərinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb. Hər komandada beş nəfərin iştirak etdiyi yarışda ümumilikdə 20 uşaq mübarizə aparıb.
Bilik yarışı müxtəlif sahələri əhatə edib. Uşaqların dünyagörüşü, məntiqi düşünmə bacarıqları, Azərbaycan tarixi və mədəniyyəti barədə bilikləri yoxlanılıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










