
Milli Hidrometeorologiya Xidməti yanvarın 11-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq, cənub-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










