
Yanvarın 11-də Ümumdünya Qoruqlar və Milli Parklar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekokönüllülərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ekskursiya çərçivəsində könüllülər əvvəlcə Milli Parkın İnformasiya Mərkəzinə baş çəkiblər. Burada onlara Milli Parkın yaradılmasının məqsədi, eyni zamanda Zəngəzur Milli Parkının zəngin flora və faunası barədə ətraflı məlumat verilib. İştirakçılar park ərazisində mühafizə olunan nadir bitki və heyvan növləri ilə də tanış olublar.
Ekskursiyanın davamında könüllülər qış mövsümünə xas hava şəraitinə baxmayaraq park ərazisində yerləşən istirahət sahələrində asudə vaxtlarını səmərəli keçiriblər. Qarlı təbiət mənzərəsi fonunda gəzinti edilib, təbiətin qış gözəllikləri müşahidə olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










