Bu il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi xərclərinin 8 milyard 483 milyon manat, büdcə gəlirlərinin isə 8 milyard 323 milyon manat olacağı nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
“2026-cı il büdcə xərcləri kəsirinin maliyyələşməsinə dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərindən 60 milyon manat vəsait ayrılıb. Dövlət sosial müdafiə fondunun büdcəsinin 96, 6 faizi, yəni 8, 2 milyard manatı əhaliyə ödənişlərə sərf olunacaq”, – deyə Z. Mirzəyev qeyd edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










