
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında təsisçi üzv kimi iştirak etməyə dəvət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran açıqlayıb.
O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan “Qəzza Münaqişəsinə Son Qoymaq üçün Hərtərəfli Plan”ı (Comprehensive Plan to End the Gaza Conflict) dəstəkləmək qərarına gəlindiyini xatırladıb.
Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsindən və yenidənqurmadan məsul olacaq Sülh Şurası və onun qurumlarının yaradıldığını bildirən Duran deyib: “ABŞ Prezidenti Donald Tramp yanvarın 16-da Sülh Şurasının təsisçi sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında təsisçi üzv kimi yer almağa dəvət edib”.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










