
36 il öncə Bakıda baş verən Qanlı Yanvar hadisələrinin canlı şahidlərindən biri də hazırda Ukraynanın Dnepr şəhərində yaşayan soydaşımız, “Azərbaycan-Ukrayna-Türkiyə” Alyansının rəhbəri Zöhrab Cəfərovdur.
Zöhrab Cəfərov AZƏRTAC-a açıqlamasında 20 Yanvar hadisələrindən danışarkən bildirib ki, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil aldığından o zaman baş verən proseslərin içində olub: “1990-cı ilin yanvarında Azərbaycanda baş verən qanlı hadisələr ədalət və azadlıq uğrunda mübarizədə xalqımızın dünyaya nümayiş etdirdiyi birlik idi. O dövrdə Bakı Dövlət Universitetinin tələbələrində də azadlıq, müstəqillik, mübarizlik eşqi yüksək idi. Ona görə də Vətənin müdafiəsində aktiv iştirak edirdilər. Sovet qoşunları Bakıya yeridilən zaman bir çox tələbələr kimi mən də azadlığımız uğrunda mübarizəyə qoşuldum. O zaman ağlımıza belə gəlməzdi ki, bir dövlətin ordusu öz vətəndaşlarına qarşı amansız olsun. Vətəndaşlarımızın əksəriyyəti hətta fövqəladə vəziyyətdən xəbərsiz idi”, – deyə Zöhrab Cəfərov əlavə edib.
O bildirib ki, 36 il əvvəl Azərbaycan xalqı bütün dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərdi: “20 Yanvar hadisələri xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifələrindən biridir. Keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş bu bəşəri cinayət azadlıq mübarizəmizi elə beşikdəcə boğmaq cəhdi idi. Lakin Azərbaycan xalqının iradəsini sındıra bilmədilər”, – deyə Zöhrab Cəfərov qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










