
Yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar davam edir.
AZƏRTAC xəbər verir ki, üç gün davam etməsi nəzərdə tutulan danışıqların ikinci günü də iştirakçıların razılığına əsasən, mətbuata qapalı, bağlı qapılar arxasında keçirilir. Danışıqlar neytral vasitəçi və ev sahibi kimi çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı sarayda müxtəlif formatlarda keçirilir. Məsləhətləşmələrdən əvvəl nümayəndə heyətlərini BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qəbul edib.
Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edirlər.
Danışıqlar təhlükəsizlik məsələlərinə, o cümlədən bufer zonalarının yaradılması, onlara nəzarət və monitorinq mexanizmləri, eləcə də nizamlanmanın ərazi aspektlərinə yönəlib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










