
“Bu gün İranla çox yaxşı danışıqlar apardıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Görünür, İran razılaşma əldə etməyi çox istəyir, amma biz bunun necə bir razılaşma olduğunu görməliyik”, – deyə Tramp bildirib.
Dövlət başçısı əlavə edib ki, İranın razılaşma əldə etmək istəməsi normaldır, çünki ABŞ donanması tezliklə sahilə yaxınlaşacaq.
Prezident deyib ki, ABŞ İranda hərbi əməliyyata tələsmir, çünki həm bütün hərbi qüvvələrini mövqeyə gətirməlidir, həm də diplomatik həll yoluna üstünlük verir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










