
Fevralın 19-da Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xanabad kəndinə ilkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb.
Kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub, yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb.
Yeni mənzillərin açarları Xocalı şəhərində keçirilən mərasimdə sakinlərə təqdim olunub. Təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub və əhalinin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, bu proses Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. Dövlət başçısının vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdırlar.
Xatırladaq ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla, ümumilikdə, Xocalı rayonu üzrə artıq 1 şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin edilib.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











