ABŞ “Şimal axını” qaz kəmərinin fəaliyyətinin mümkün bərpasında əsas rol oynaya bilər.
APA xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Avropaya Rusiya qazının tədarükünü yenidən başlatmaq imkanını nəzərdən keçirə və bununla yanaşı regionun enerji infrastrukturuna nəzarəti genişləndirməyə çalışa bilər.
Bildirilir ki, hazırda “Şimal axını”nın bərpası ilə bağlı qapalı danışıqlar aparılır.
Öz növbəsində, Fransanın “Le Monde Diplomatique” qəzeti də “Şimal axını”nın yenidən işə salınması ilə bağlı qeyri-rəsmi təmasların beynəlxalq institutlardan və ictimai nəzarətdən kənarda aparıldığını bildirib və bunu “pərdəarxası diplomatiya” kimi xarakterizə edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










