
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni komandası “Kolambus Kryu” MLS-də yeni mövsümə məğlubiyyətlə başlayıb.
AZƏRTAC xəbər verir ki, Ohayo təmsilçisi müntəzəm mövsümün ilk turunda səfərdə “Portlend Timbers”in qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Nəriman Axundzadə ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. O, “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










