Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents və müavini Yohannes Kahrs mayın 16-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatla çıxış ediblər.
Bəyanatda Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti ilə bu mövzuda keçirilmiş görüşə toxunulub və qeyd edilib ki, Almaniya Bundestaqının deputatları azərbaycanlı həmkarlarına münaqişənin sülh yolu ilə həlli prosesinin davam etdirilməsinin vacibliyini bildiriblər. Bundestaqın deputatları qeyd ediblər ki, Almaniyanın ATƏT-ə sədrliyi dövründə mövcud status-kvonun tez bir zamanda aradan qaldırılması üçün yolların tapılması bizim əsas vəzifəmizdir.
Yohannes Kahrsın Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin status-kvonun davam etməsinin yolverilməzliyi ilə bağlı mövqeyini dəstəklədiyinin vurğulandığı bəyanatda deyilir: “Təkcə atəşkəs yetərli deyil. Xarici işlər nazirimiz haqlıdır. Silahlar yerə qoyulmazsa və status-kvo qalmaqda davam edərsə, növbəti eskalasiyanın baş verməsi yalnız zaman məsələsidir. Bu, həll yolu ola bilməz”.
AZƏRTAC
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











