
ABŞ-Azərbaycan münasibətlərini ən yüksək nöqtəyə çatdıran administrasiyanın bir hissəsi olmaq da şərəfdir. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müavini Ceffri Kessler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi – Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
“İndi iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha güclüdür. Təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb. Bu yolda davam etmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”,- deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










