
Fevralın 28-dən martın 12-i saat 00:00-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 72 ölkənin 2214 vətəndaşı təxliyə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə olunanların 334-ü Azərbaycan vətəndaşıdır. Bundan başqa, Çin (682 nəfər), Rusiya (291 nəfər), Tacikistan (174 nəfər), Pakistan (137 nəfər), İndoneziya (72 nəfər), Oman (57 nəfər), İtaliya (44 nəfər), İspaniya (26 nəfər), Əlcəzair (25 nəfər), Serbiya (18 nəfər), Yaponiya (17 nəfər), Almaniya (16 nəfər), Fransa (16 nəfər), Norveç (13 nəfər), Macarıstan (12 nəfər), Özbəkistan (12 nəfər), Polşa (12 nəfər), İsveçrə (11 nəfər), Meksika (11 nəfər), Belarus (10 nəfər), Bolqarıstan (10 nəfər), Kanada (10 nəfər), Gürcüstan (10 nəfər), Konqo (10 nəfər), Böyük Britaniya (9 nəfər), Braziliya (8 nəfər), Belçika (6 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (6 nəfər), İordaniya (6 nəfər), Qazaxıstan (6 nəfər), Rumıniya (6 nəfər), Slovakiya (6 nəfər), Avstriya (5 nəfər), Çexiya (5 nəfər), Əfqanıstan (5 nəfər), ABŞ (4 nəfər), Banqladeş (4 nəfər), Bəhreyn (4 nəfər), Finlandiya (4 nəfər), Hindistan (4 nəfər), Küveyt (4 nəfər), Niderland (4 nəfər), Şri-Lanka (4 nəfər), Türkiyə (4 nəfər), Ukrayna (4 nəfər), Argentina (3 nəfər), Filippin (3 nəfər), Xorvatiya (3 nəfər), Qətər (3 nəfər), Danimarka (3 nəfər) və digər ölkələrin vətəndaşları da təxliyə edilənlər arasındadır.
Müxbir – İlkin Adıyev
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










