
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” ağacəkmə kampaniyasına Qəbələ rayon könüllüləri də qoşulublar. Bu çərçivədə rayonda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri Qəbələ Rayon İcra Hakimiyyətinə istinadla xəbər verir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə rayonun Xırxatala kəndində təşkil edilən ağacəkmə aksiyasında 750-yə yaxın Eldar şamı ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ətrafına dayaqlar bərkidilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
“Yaşıl marafon” çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Müxbir – Rasim İslamoğlu
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










