
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi milli mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanması məqsədilə “Novruz xonçası” adlı təntənəli bayram tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan tədbirdə mərkəzin istedadlı bədii kollektivlərinin ifasında milli rəqslər və folklor nümunələri, Novruzun rəmzləri olan Kosanın və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər, baharın gəlişini vəsf edən nəğmələr ifa olunub.
Tədbirin keçirilməsində əsas məqsəd uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onlarda xalqımızın çoxəsrlik adət-ənənələrinə sevgi və hörmət hissini formalaşdırmaqdır.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










