
Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri davam etdirilir. Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisində tikinti və quraşdırma işləri intensiv şəkildə aparılır.
AZƏRTAC xəbər verir ki, tədbirin yüksək səviyyədə təşkili üçün hazırda stadion ərazisində müvəqqəti pavilyonların qurulması, konfrans zallarının hazırlanması, texniki infrastrukturun yaradılması və logistika işləri sürətlə davam edir. Mütəxəssislər tərəfindən aparılan işlər forum iştirakçıları üçün rahat və müasir şəraitin təmin edilməsinə yönəlib.
Qeyd edək ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 mayın 17-22-də Bakı şəhərində keçiriləcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










