
İyunun 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Milli Dəyərlərin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Vüqar Adilovun “Bəxtiyar Vahabzadə və əxlaqi dəyərlərimiz” kitabının təqdimat mərasimi olub.
Mərasimi giriş sözü ilə İctimai Birliyin rəhbəri Rövşən Məmmədov açaraq kitab haqqında iştirakçılara ətraflı məlumat verib. Sonra çıxış edən “Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlu, “1905.az” portalının direktoru, əməkdar jurnalist Fuad Babayev, jurnalist Teymur Abdullayev, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidov, iş adamı Babək Qoca və başqaları Bəxtiyar Vahabzadə poeziyasında mənəvi, əxlaqi prinsiplərdən və təqdimatına toplaşdıqları kitabın məziyyətlərindən danışıblar.
Vüqar Adilov kitab haqqında xoş sözlərə görə minnətdarlığını bildirib və planlarından bəhs edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










