
Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual məktəb çempionatının Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda işğaldan azad edilmiş Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xankəndi, Xocalı, Şuşa məktəblərinin, eyni zamanda, Bərdə, Tərtər və Ağcabədi rayonlarının ümumtəhsil müəssisələrini təmsil edən şagird komandaları iştirak ediblər.
Şagirdlərin intellektual potensialının, məntiqi təfəkkürünün və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışda iştirakçılar müxtəlif mövzular üzrə təqdim olunan sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, Bərdə rayonunu təmsil edən “Bərdə” komandası qalib adını qazanıb. Qalib komanda kubok və medallarla təltif olunub. Bununla yanaşı, komanda növbəti mərhələdə iştirak etmək hüququ əldə edərək “Baku Crystal Hall”da təşkil olunacaq televiziya çəkilişlərinə vəsiqə qazanıb.
Müxbir – Tahir Ağaməmmədov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










