
“Azerconnect Group” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, tərəfdaşlıq çərçivəsində “Azerconnect Group” təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllərlə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək.
Tərəflər süni intellekt əsaslı həllərin tətbiqi ilə ziyarətçi davranışlarının təhlili, fərdiləşdirilmiş xidmətlərin təqdim olunması, interaktiv rəqəmsal xəritələrin və audio bələdçinin yaradılması, smart turizm ekosisteminin qurulması kimi sahələrdə əməkdaşlıq edəcəklər. Bununla yanaşı, tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin formalaşdırılması istiqamətində layihələr icra olunacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










