
15 iyun – Milli Qurtuluş Günü münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri 7 saylı Vəkil Bürosu, Bakı şəhəri 17 saylı Vəkil Bürosu, “LCG” Vəkil Bürosu, “Presedent” Vəkil Bürosu, Gəncə Regional Vəkil Bürosu, Şəki Regional Vəkil Bürosu, Şirvan Regional Vəkil Bürosu, Mingəçevir şəhər Vəkil Bürosu, Göygöl rayon Vəkil Bürosu, Qəbələ rayon Vəkil Bürosu, Cəlilabad rayon Vəkil Bürosu və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının üzvləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər.
“Açıq qapı” günü çərçivəsində vəkillər tərəfindən 100-ə yaxın vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










