
İyunun 17-də UNESCO-nun Baş qərargahında Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, sessiyada Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib.
Nazir çıxışında Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirdiyi tədbirlər, milli irs nümunələrinin UNESCO siyahılarında təmsil olunması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə danışıb.
Qeyd olunub ki, Azərbaycan qeyri-maddi mədəni irsin qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu sahədə UNESCO ilə sıx əməkdaşlığı davam etdirir.
Sessiya çərçivəsində konvensiyanın həyata keçirilməsi, irsin qorunması mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










